Metodikamız:

Kifayət Əhməd qızının intensiv metodikası.

Əvvəlcə danışmağı, başa düşməyi, sonra isə yazmağı öyrən!

Xarici dili öyrənmək arzusunda olan hər kəs qarşısına müəyyən məqsəd qoyur. Kim isə oxumaq və işdə lüğətlə rəsmi yazışmanı tərcümə etmək üçün əsaslı bilikləri əldə etməyə çalışır, kim isə nüfuzlu xarici ali məktəbdə mühazirə oxumağı, xarici ölkəyə daimi yaşayış üçün getməyi, xarici şirkətə işə düzəlməyi, dostlarla yazışmağı xəyal edir.

Müxtəlif məqsədlərə müxtəlif vasitələrlə nail olurlar. Davamlı təhsil xarici dili həqiqətən mükəmməl bilmək istəyən və yaxşı nəticələrin ancaq zəhmət və səbr tələb edən iş sayəsində əldə edilməsini bilənlər üçün nəzərdə tutulub. Məhz məqsədə doğru gedən və hər şeydə mükəmməllik axtaran, xarici dildə sərbəst danışmaq arzusunda olan insanlar "The Language House" kurslarına üz tutur.

İngilis dili üzrə tədris metodikasına müvafiq olaraq məşğələlər 8 nəfərdən ibarət qruplarda keçirilir. Qruplarımızda tələbələrin maksimal sayı 6 nəfərdir. Tədrisin əsas məqsədi xarici dildə fikirləri sərbəst şəkildə ifadə etmək bacarığıdır, buna görə də göstərilən şagird sayı daha optimal hesab edilir. Bu zaman müəllim tələbələri yarımqruplara ayıra və ya cüt-cüt şəklində birləşdirə və onlara kollektiv tapşırıqlar verə bilər. Tələbələr həm müəllim, həm də kurs yoldaşları ilə ünsiyyətdə olan zaman leksikanın və ifadələrin daima qavraması nəticəsində söz ehtiyatlarını daha da təkmilləşdirir.

Müəllim həmçinin kollektiv müzakirələri təşkil edir və rol oyunlarını aparır. Bu zaman o, söhbətin mövzusunu seçir, köməkçi suallar verir və hər bir tələbənin öz fikrinin söylənməsinə nəzarət edir.

Tədris prosesini müxtəlifləşdirmək və yeni şifahi formaların yaddaşda bərkidilməsinin daha effektli olması üçün müəllim şifahi və yazılı tapşırıqları kompüterdə video və audio materiallarla tamamlayır. Tələbələr müasir filmləri nəzərdən keçirir, qəzet və jurnalları oxuyur, radioda xəbərlərə və mahnılara qulaq asır, bu da tələbələr tərəfindən dil maneəsinin aradan qaldırılması prosesini sürətləndirir. Öyrənilən dildə və təkbaşına ev məşğələləri üçün müxtəlif ədəbiyyat daxil olmaqla, tələbələr həmçinin digər mənbələrdən, də istifadə edə bilər.

"The Language House" məktəbində ingilis və digər xarici dillər üzrə tədris metodikalarının hərtərəfliliyi müvəffəqiyyətli təhsil almaq üçün bütün lazımi hissələri özündə birləşdirir: danışıq dilinin inkişafı, nəzəriyyə və yazının öyrənilməsi, müasir dil mədəniyyəti və ölkəçiliyin əsasları ilə tanışlıq, real həyatda əldə edilən biliklərin tətbiqi. Bunun sayəsində «The Language House» xarici dillər kurslarında tədrisin effekti artıq ilk məşğələdən sonra nəzərə çarpır.

Ətraflı məlumat