Qrup Məşğələləri (ümumi kurs):

  • Azərbaycan
  • İngilis
  • Rus
  • Alman
  • Fransız
  • İtalyan
  • İspan

dillərini öyrənmək arzusunda olan insanlar arasında ən çox tələbata malik General English, General Azerbaijani, General Russian, General German, General French, General Italian, General Spanish (ümumi xarici dillər kursları) kurslarıdır, bu kurslar 3-6-12 ay üçün nəzərdə tutulub və xarici dillərin öyrənilməsinin ən effektiv üsuludur.

"The Language House" məktəbində ümumi xarici dillər kursu dilin müxtəlif bilik səviyyəsinə malik olan tələbələr üçün nəzərdə tutulmuş bir neçə tədris mərhələsindən ibarətdir.

«Ümumi xarici dillər kursları» üzrə məşğələlərdə tədris prosesi tələbələrin bilik bacarıqlarının (danışıq dili, oxuma, yazı və dinləmə) eyni dərəcədə inkişafına yönəldilib. Qeyd etmək lazımdır ki, dərslərin xarici dilində keçirilməsi zamanı tədrisin əsasını Kifayət Əhməd qızının tədris metodikası təşkil edir. İngilis dilinin qrammatika və leksikasının öyrənilməsinə mühüm yer ayrılıb.

Məşğələlərdə tələbələrin sorğu-sualı istər şifahi kollektiv və fərdi formada, istərsə yazılı formada aparılır. Məsələn, ifadə və inşaların yazılması, yoxlama işləri və sınaq testləri. Xarici dilin öyrənilməsi video- və audiomaterialların, məşhur xarici nəşriyyatların tədris vəsaitlərinin və Kifayət Əhməd qızının şəxsi metodikasının istifadəsilə aparılır.

 

Fərdi məşğələlər:

Xarici dillərin tədrisi istər qrup şəklində, istərsə fərdi formada aparılır. İxtisaslaşdırılmış müəllim tərəfindən keçirilən fərdi məşğələlər tələbələr üçün daha əlverişlidir və hər cəhətdən onların tələblərinə cavab verir.

Xarici dillər üzrə fərdi məşğələlər aşağıdakı üstünlüklərə görə böyük tələbata malikdir:

  • Müəllim tələbənin şəxsi istəklərinə müvafiq olaraq və onun fərdi xüsusiyyətlərini nəzərə alaraq tədris planını tərtib edir. Bu forma zamanı müəllim hər hansı ayrıca qrammatik və ya leksik məsələlərə daha çox vaxt ayırmaq, həmçinin dərsin mövzusunu dəyişdirmək imkanındadır.
  • Tələbə, ona lazım olan dərslərin sayını müəyyən etmək və məşğələlərin intensivliyinə təsir etmək imkanındadır.
  • Tədrisin qrup formasından fərqli olaraq fərdi forma zamanı lazımi tədris nəticələrin əldə edilməsi məqsədilə akademik saatların az miqdarı tələb olunur. Bu da one-to-one lessons –ların yüksək effektivliyini təsdiq edir.

"The Language House" məktəbində ingilis dili kursları ev tapşırığı olmadan Kifayət Əhməd qızının metodikası üzrə keçirilir.

 

Korporativ tədris:

Korporativ müştərilər üçün ingilis dili kursları (şirkət ofislərində).

«The Language House» kursları xarici dillərin korporativ tədrisi ilə məşğuldur. Biz şirkət ofislərinə, qaz və neft şirkətləri əməkdaşlarının işlədiyi terminallara səfər etməklə məşğələlər keçiririk («English for Seamen» proqramları).

Üstünlüklərimiz:

  • Nüfuzlu müştərilərimiz.
  • Şirkət biznes xüsusiyyətlərinin nəzərə alınması və proqramların tədris məqsədlərinə adaptasiyası.
  • Müəllimlərimiz təsdiqlənmiş beynəlxalq sertifikatlara malikdir.
  • Müəllimlərin iş fəaliyyətinə tədris şöbəsinin müdiri nəzarət edir, bu da tədrisin keyfiyyətini təmin edir.
  • Əlverişli tədris müddətləri. Tələbələr müxtəlif müddət və intensivliyə malik kursu seçmək imkanındadır.
  • Fərdi yanaşmanın təmin edilməsi, yəni hər bir şirkətə, onun bütün fəaliyyətini koordinasiya edən menecer təhkim olunur.
  • Ev tapşırığı olmadan Kifayət Əhməd qızının metodikası üzrə xarici dilin öyrənilməsi üsulu şirkətlər üçün olduqca əlverişlidir.

 

Proqram növləri:

Ümumi xarici dillər kursu:

  • İngilis dili;
  • Alman dili;
  • Fransız dili;
  • İtalyan dili;
  • İspan dili;
  • Rus və azərbaycan dilləri, xarici dil kimi;
  • Ümumi ingilis dili biznes-kursu;
  • Danışıq kursu;
  • Sifarişlə yaranan kurslar (hüquqi ingilis dili, yazışmanın aparılması, təqdimatların, danışıqların keçirilməsi və s.);
  • İmtahan sinifləri;
  • Sifarişlə səfər proqramları.

 

Conversation Club:

Danışıq ingilis dili kursları

Qrammatikanı bilən, lakin danışıq zamanı çətinliklərlə üzləşən hər kəs üçün danışıq ingilis dili kursları daha da münasibdir. Bu ingilis dili kursu dil maneəsinin aradan qaldırılması, söz ehtiyatının artırılması, praktikada qrammatika üzrə əldə olunan biliklərin tətbiqi üçün nəzərdə tutulub.

 

Ümumi ingilis dili kursu

Bu ingilis dili kursu dil maneəsinin aradan qaldırılması, söz ehtiyatının artırılması, qrammatika üzrə əldə olunan biliklərin aktivləşdirilməsi üçün nəzərdə tutulub. Pre-Intermediate səviyyəsindən başlayan Advanced səviyyəsinə kimi qruplar üçün nəzərdə tutulub.

Danışıq ingilis dili kurslarında təhsil alandan sonra siz fikirlərinizi sərbəst və düzgün ifadə edəcəksiniz. Hər bir qrup üçün fərdi kitablar seçilir. Müəllimlər bədii və publisistik ədəbiyyatdan, həmçinin audio- və videmateriallardan, multimedia vasitələrindən və internetdən istifadə edir.

 

Xarici dillər üzrə test:

Xarici dil üzrə biliklərinizi təkmilləşdirməzdən əvvəl, siz dili hansı səviyyədə bilməyinizi müəyyən etməlisiniz. Dil səviyyənizi yoxlamaq üçün, siz seçilmiş dil üzrə yazılı və şifahi şəkildə test sınaqlarını keçməlisiniz. Bizim məktəb pulsuz test sınaqlarından keçməyi təklif edir.

Məktəbimizin müəllimi tərəfindən keçirilən şifahi və kompüterdə aparılan yazılı test sınaqlarına əvvəlcədən yazılmalısınız. Yazılı və şifahi müsahibədən sonra dil bilmənizin dəqiq səviyyəsi müəyyən olunacaq, bu da münasib qrupun seçimi və dilin təkmilləşdirilməsinə başlamaq üçün imkan yaradacaq.
Sizə 50 sualdan ibarət testlər təklif olunacaq. Dörd cavab variantlarından düzgün hesab etdiyiniz bir variantı seçməlisiniz. Test sınağının keçirilməsi üçün 60 dəqiqə vaxt nəzərdə tutulub.

Test sınağının nəticələri və ona müvafiq səviyyə şifahi və yazılı test sınağından sonra məlum olacaq.

Test tapşırıqları üçün ayrılmış vaxtı səmərəli surətdə sərf etməyə çalışın və düzgün cavab seçərkən diqqətli olun!

Ətraflı məlumat