İngilis dili kursları

İngilis dili kusrlarına əhalinin ən müxtəlif təbəqələri gəlir. Məsələn, məktəb yaşına çatmamış uşaqlar, məktəblilər, tələbələr, gənclər, biznesmenlər, evdar qadınlar.
İngilis dili kusrlarının iş və təhsillə üst-üstə düşməsi tamamilə realdır, çünki biz sizə şagirdlərimizin istənilən dil problemlərinin həllinə köməklik göstərən və ən yüksək tələblərə cavab verən ingilis dili üzrə tədris proqramının geniş seçimini təklif edirik. Yəni, hər kəs özünə əlverişli ingilis dili kursunu sərbəst seçmək imkanındadır.

Nəzərinizə aşağıdakı ingilis dili kursları təklif olunur:

Böyüklər üçün ümumi ingilis dili kursu (6 səviyyə)
Ümumi ingilis dili kursu altı əsas tədris mərhələsindən ibarətdir. Bunlar ingilis dilinin müxtəlif bilik səviyyələrinə müvafiq olan Beginner, Elementary, Pre-İntermediate, İntermediate, Upper-İntermediate, Advanced səviyyələridir.

Uşaqlar üçün ingilis dili kusrları
5 yaşından 14 yaşına kimi uşaqlar üçün ingilis dili kursları. Uşaqlarda tədris materialının qavrama xüsusiyyətlərini nəzərə alaraq, biz kursları 2 qrupa ayırmışıq: 5-7 yaşlı uşaqlar üçün və 8-14 yaşlı uşaqlar üçün.

İşgüzar ingilis dili kursu
Xarici partnyorlarla daimi əlaqədə olan insanlar üçün işgüzar ingilis dili kursları fəaliyyət göstərir. Bu kurslar biznesmenlər üçün xarici partnyorlarla danışıqlar aparmaq və onlarla yazışmaqda köməklik edəcək. Məktəbimizdə işgüzar ingilis dili kursları üzrə müxtəlif proqramlar mövcuddur.

Danışıq ingilis dili kursları
Qrammatikanı bilən, lakin ingilis dilində danışmağı bacarmayan insanlar üçün danışıq ingilis dili kurslarını təklif edirik. Bu kursu keçərkən, siz dil maneəsini aradan qaldıra, söz ehtiyatını artıra və praktikada qrammatika üzrə biliklərinizi tətbiq edə bilərsiniz.

TOEFL, İELTS ingilis dili üzrə beynəlxalq imtahanlara hazırlıq kursları

Bizim kurslarda siz fərdi və ya qrupda TOEFL, İELTS imtahanların verilməsinə hazırlaşa bilərsiniz. Hazırlıq kurslarında təhsil alanlar öz tələbat, səviyyə və bacarıqlarını nəzərə almaqla imtahan vermə təcrübəsini əldə etmək, müvəffəqiyyətlərini yoxlamaq və imtahanlarda istənilən nəticələrə nail olmaq imkanındadır.

Korporativ müştərilər üçün fərdi kurslar

İngilis dili kusrları birbaşa ofisinizə gələ bilər. "The Language House" xarici dillərin korporativ tədrisi ilə məşğuldur. Biz məşğələlərin keçirilməsi üçün şirkət ofislərinə səfərlər təşkil edirik.

İngilis dili üzrə fərdi məşğələlər

İxtisaslaşdırılmış müəllim tərəfindən tədris olunan ingilis dili üzrə fərdi dərslər şagird üçün ən rahat üsuldur. Öz effektivliyinə görə fərdi məşğələlər qrup tədrisindən fərqli olaraq ingilis dilinin öyrənməsi üzrə saatların miqdarını azaldır.

Ətraflı məlumat