Xarici dillər:

Azərbaycan dili, İngilis dili, Rus dili, Alman dili, İspan dili, Fransız dili, İtalyan dili

  • Xarici dilər
  • İngilis dili
  • İngilis dili kusrları
  • Səviyyələr sistemi
  • İngilis dili üzrə test
  • Ümumi kurs
  • İşgüzar ingilis dili
  • Beynəlxalq imtahanlara hazırlıq
  • Korporativ müştərilər üçün kurslar
  • Fərdi məşğələlər
  • Danışıq kursları
  • Rus dili
  • Azərbaycan dili

İngilis dili kursları:

İngilis dili kusrlarına əhalinin ən müxtəlif təbəqələri gəlir. Məsələn, məktəb yaşına çatmamış uşaqlar, məktəblilər, tələbələr, gənclər, biznesmenlər, evdar qadınlar.
İngilis dili kusrlarının iş və təhsillə üst-üstə düşməsi tamamilə realdır, çünki biz sizə şagirdlərimizin istənilən dil problemlərinin həllinə köməklik göstərən və ən yüksək tələblərə cavab verən ingilis dili üzrə tədris proqramının geniş seçimini təklif edirik. Yəni, hər kəs özünə əlverişli ingilis dili kursunu sərbəst seçmək imkanındadır.

Nəzərinizə aşağıdakı ingilis dili kursları təklif olunur:

Böyüklər üçün ümumi ingilis dili kursu (6 səviyyə)
Ümumi ingilis dili kursu altı əsas tədris mərhələsindən ibarətdir. Bunlar ingilis dilinin müxtəlif bilik səviyyələrinə müvafiq olan Beginner, Elementary, Pre-İntermediate, İntermediate, Upper-İntermediate, Advanced səviyyələridir.

Uşaqlar üçün ingilis dili kusrları
5 yaşından 14 yaşına kimi uşaqlar üçün ingilis dili kursları. Uşaqlarda tədris materialının qavrama xüsusiyyətlərini nəzərə alaraq, biz kursları 2 qrupa ayırmışıq: 5-7 yaşlı uşaqlar üçün və 8-14 yaşlı uşaqlar üçün.

İşgüzar ingilis dili kursu
Xarici partnyorlarla daimi əlaqədə olan insanlar üçün işgüzar ingilis dili kursları fəaliyyət göstərir. Bu kurslar biznesmenlər üçün xarici partnyorlarla danışıqlar aparmaq və onlarla yazışmaqda köməklik edəcək. Məktəbimizdə işgüzar ingilis dili kursları üzrə müxtəlif proqramlar mövcuddur.

Danışıq ingilis dili kursları
Qrammatikanı bilən, lakin ingilis dilində danışmağı bacarmayan insanlar üçün danışıq ingilis dili kurslarını təklif edirik. Bu kursu keçərkən, siz dil maneəsini aradan qaldıra, söz ehtiyatını artıra və praktikada qrammatika üzrə biliklərinizi tətbiq edə bilərsiniz.

TOEFL, İELTS ingilis dili üzrə beynəlxalq imtahanlara hazırlıq kursları

Bizim kurslarda siz fərdi və ya qrupda TOEFL, İELTS imtahanların verilməsinə hazırlaşa bilərsiniz. Hazırlıq kurslarında təhsil alanlar öz tələbat, səviyyə və bacarıqlarını nəzərə almaqla imtahan vermə təcrübəsini əldə etmək, müvəffəqiyyətlərini yoxlamaq və imtahanlarda istənilən nəticələrə nail olmaq imkanındadır.

Korporativ müştərilər üçün fərdi kurslar

İngilis dili kusrları birbaşa ofisinizə gələ bilər. "The Language House" xarici dillərin korporativ tədrisi ilə məşğuldur. Biz məşğələlərin keçirilməsi üçün şirkət ofislərinə səfərlər təşkil edirik.

İngilis dili üzrə fərdi məşğələlər

İxtisaslaşdırılmış müəllim tərəfindən tədris olunan ingilis dili üzrə fərdi dərslər şagird üçün ən rahat üsuldur. Öz effektivliyinə görə fərdi məşğələlər qrup tədrisindən fərqli olaraq ingilis dilinin öyrənməsi üzrə saatların miqdarını azaldır.

 

Səviyyələr sistemi:

 

İngilis dili: səviyyələr sistemi

İngilis dilinin xarici dil kimi tədrisi sahəsində beynəlxalq standartlara əsaslanaraq (TEFL - Teaching English as a Foreign Language), biz məktəbimizdə tədris prosesini dünyanın bütün məktəblərində vahid standart səviyyələrinə uyğun olan bir neçə səviyyələrə ayırmışıq. Məsələn, müəyyən səviyyə qrupunda yalnız eyni dərəcədə ingilis dilini bilən məktəblilər oxuyur.
Məktəbimizdə ingilis dilinin tədrisi ingilis dilinin bilik səviyyələrinə müvafiq olaraq mərhələ şəklində aparılır. Bu mərhələlər aşağıdakılardır:

Beginner
Elementary
Pre-Intermediate
Intermediate
Upper-Intermediate
Advanced

 

Ümumi kurs:

İşgüzar ingilis dili kusrları

Xarici partnyorlarla daima əlaqə saxlayan, onlarla danışıqlar aparan və yazışan insanlar üçün biz işgüzar ingilis dili kusrlarını keçməyə təklif edirik. Bizim məktəbdə işgüzar ingilis dili kursları üzrə müxtəlif proqramlar mövcuddur.

Ümumi işgüzar ingilis dili kursu (General Business Course)

Ümumi işgüzar ingilis dili kursu ümumi ingilis dili kursunun mürəkkəb hissələrindən ibarətdir. Lakin, biznes mövzuları ilə bağlı real hadisələri, rol oyunlarını oynamaqla söz ehtiyatını artırmaq olar. Danışıq bacarıqlarına və dilin qulaq asaraq qavramasına xüsusi diqqət yetirilir. Qısa bir müddət ərzində Kifayət Əhməd qızının metodikası üzrə söz ehtiyatını artırmaq mümkündür.

Söhbətlər gündəlik iş mövzuları üzrə aparılır. Məsələn, telefonla danışıq, elektron poçtu, danışıqlar, menecment, görüşlərin aparılması və təqdimatlar və s.

Kurs Elementary və yuxarı səviyyəli şagirdlər üçün nəzərdə tutulub. Kursun orta müddəti 6 aydır. Müddəti azaltmaq olar.

Danışıq və yazılı işgüzar ingilis dili kursu (Business English Speaking and Writing Course).

Qısamüddətli işgüzar ingilis dili kursu.

Danışıq və yazılı işgüzar ingilis dili kursu Kifayət Əhməd qızının metodikası üzrə aparılır. Siz ingilis dilində faks və sorğuları tərtib etməyə, işgüzar yazışmanı aparmağa öyrənəcəksiniz. Sizə həmçinin işgüzar görüşlərin leksikasını tətbiq etmək, xarici partnyorlarla telefon vasitəsilə danışıqlar aparmaq bacarıqlarına və işgüzar etiketin əsaslarına öyrədəcəklər. Bu kurs üçün qruplar İntermediate səviyyəsindən yığılır.

"The Language House" şirkətlərdə xarici dillərin tədrisi üzrə xidmətlər göstərir. Biz şirkət ofislərinə müəllimlərin səfərini təşkil edirik.

 

Rus dili:

"The Language House" məktəbində rus dili xarici dil kimi
Xaricilər üçün ümumi rus dili kursu proqramı tələbələrdə şifahi və yazılı dil, oxuma və dilin qulaq asaraq qavramağı kimi əsas dil bacarıqlarını formalaşdırır. Kifayət Əhməd qızının metodikası üzrə 3-6-12 ay üçün nəzərdə tutulmuş sıfırdan yüksək səviyyəyə kimi rus dilinin öyrənməsi üzrə proqram tərtib olunub.
Bütün səviyyələrdə dinləyiciləri Rusiyanın tarixi, coğrafiyası, mədəniyyət və iqtisadiyyatı, ictimai quruluşu ilə tanış edirlər.

1-ci səviyyə (Russian 1)
2-ci səviyyə (Russian 2)
3-cü səviyyə (Russian 3)

Bütün səviyyələr imtahanlarla bitir, bu imtahanlardan sonra tələbələr rus dilinin bilik səviyyəsini təsdiqləyən müvafiq nümunəli "The Language House" sertifikatları alır.

 

Uşaqlar üçün:

Tədris proqramları
Müasir valideynlər uşaqlarının ikidilli mühitdə böyüməsinə, eyni zamanda bir neçə dildə danışa və gələcəkdə xarici dili öz ana dili kimi bilməyinə can atır. "The Language House" müəllimlərinin ən yeni metodik üsulları və peşəkar istedadı valideynlərin arzularını reallaşdırır. Məktəb yaşına çatmamış uşaqlar ana dilini öyrəndikləri kimi ingilis dilini də son dərəcə rahat öyrənir.

Məktəbimizdə 5 yaşından yuxarı uşaqlar oxuyur. Məktəb yaşına çatmamış uşaqlar və 14 yaşınadək məktəblilər üçün ingilis dilinin tədrisi üzrə xüsusi proqramlar işlənib hazırlanmışdır. Xarici dilin tədrisi prosesində yaş xüsusiyyətləri və uşaqların qavrama prosesinin böyüklərin qavrama prosesindən fərqlənməsi nəzərə alınır.
Uşaqlarda tədris məlumatının qavraması üzrə yaş xüsusiyyətlərini nəzərə alaraq biz məktəbimizdə uşaq qrup tədrisinin 2 kursunu işləyib hazırlamışıq:

- 5-7 yaşlı uşaqlar üçün ingilis dili
- 8-14 yaşlı uşaqlar üçün ingilis dili

Uşaqların qavraması üçün ingilis dilinin öyrənmə prosesinin maraqlı və əyləndirici olması məqsədilə biz dərslərdə oyun elementlərindən istifadə edirik. Şagirdlərin səviyyəsi və yaşından asılı olaraq tədris metodları mürəkkəbləşir. Uşaqlar sinifdə yaranan səmimi və sərbəst şəraitdən böyük zövq alır, eyni zamanda xarici dilin nəzəriyyə və leksikasına girişir və artıq ilk məşğələlərdən müsbət nəticələr nümayiş etdirir. Xarici dillər kurslarına gələn 5-14 yaşlı uşaqlar sonradan rəsmə də gələ bilər. Burada onlar xarici uşaqlarla ünsiyyətdə olacaq, bu da dil maneəsinin aradan qaldırılmasına imkan yaradacaq.

 

Böyüklər üçün:

Biz 18 yaşından yuxarı böyüklər üçün xüsusi olaraq işlənib hazırlanmış ingilis dili kurslarını təklif edirik.

Tələbələrdə ingilis dili üzrə bilik səviyyəsi artdıqca dərslərin mövzusu və tədris materialının mürəkkəblik dərəcəsi də dəyişir. Aktual mövzular üzrə söhbət zamanı öyrənilmiş leksika və qrammatik cümlə quruluşu tətbiq olunur.

Böyüklər üçün ümumi kurs üzrə çoxsəviyyəli proqram:

Beginner
Elementary
Pre-Intermediate
Intermediate
Upper-Intermediate

Starter səviyyəsindən başlayan Upper-İntermediate səviyyəsinə kimi bütün səviyyələr 4 yarımsəviyyələrə bölünür. Hər yarımsəviyyənin bitməsindən sonra şagirdlər nəticələri növbəti səviyyə / yarımsəviyyəyə keçmək imkanını verən test imtahanını verir. Əgər test imtahanının nəticələri kafi olarsa, şagirdlər keçilmiş materialı təkrarlayır.

Yekun testin müvəffəqiyyətlə verilməsi nəticəsində şagird hər səviyyənin bitməsindən sonra müəyyən nümunəli sertifikat alır.

Ətraflı məlumat