Şirkətimiz haqqında:

"The Language House" dil məktəbi peşəkar müəllimlər, həmçinin dil daşıyıcıları tərəfindən aparılan məşğələlərdə ixtisaslaşan tədris mərkəzidir. Bizim məktəbdə diqqətinizə müxtəlif xidmətlər təqdim olunub, bunların sırasına uşaq və böyüklər, qrup və ya bir nəfər, sıfırdan orta səviyyəyə kimi istənilən dil bilik səviyyəsi üçün müxtəlif tədris proqramları daxildir.

Məktəbimizin şagirdləri öz qohum və tanışlarına məhz bizim məktəbdə xarici dilin öyrənməsini məsləhət görür. Onlar bunu şirkətimizin aşağıdakı fəaliyyət növləri ilə əsaslandırır:

  • İngilis dili kurslarında ən yaxşı tərcüməçi müəllimlər dərs deyir. "The Language House" kurslarının müəllimləri, onların peşəkarlığını təsdiq edən müvafiq beynəlxalq sertifikat və diplomlara malikdir. Tərəfinizdən lazımi biliklərin əldə edilməsi üçün peşəkar və ixtisaslaşdırılmış müəllimlərimizin fədakarlıqla işləməsinə zəmanət veririk!
  • Məktəblərdə xarici dilin öyrənilməsi prosesi zamanı olduqca böyük çətinlik yaradan şifahi dildir. Qrammatika kitabının və lügətin köməyi ilə hər kəs düzgün yazmağı və oxumağı öyrənə bilər. Lakin, xarici dilin sərbəst, səlis və səhvsiz bilməyi, onun müntəzəm olaraq praktikada istifadəsi olmadan mümkün deyil.
  • "The Language House" kurslarının əsas istiqamətlərindən biri müxtəlif şirkət heyətinin tədrisidir. Məşhur xarici və milli şirkətlər "The Language House" kurslarına hər zaman böyük ümidlər bəsləyib və bəsləyir. Hər bir şirkət üçün biz fərdi tədris proqramı işləyib hazırlayırıq.

Müştərilərimizin etimadı bizim üçün olduqca böyük əhəmiyyət kəsb edir, buna görə biz xidmət və servisin təkmilləşdirilməsi ilə daima məşğul oluruq.

Göstərilən məlumatın həqiqiliyinə inanmaq və tədris fəaliyyətimizin müvəffəqiyyətlərində əmin olmaq istəyirsinizsə, "The Language House" məktəbinə gəlin. Məktəbimizin əməkdaşları sizi maraqlandıran suallar üzrə ətraflı məlumat verəcək və sizin istəyinizlə münasib olan tədris variantı seçəcək.

 

Üstünlüklərimiz:

1. Məktəbdə işləmək üçün Cambridge CELTA kimi (dünyanın istənilən ölkəsində ingilis dilinin xarici dil kimi öyrədilməsinə imkan verən məşhur beynəlxalq sertifikatı) beynəlxalq səviyyəli diplom və sertifikatlara malik ixtisaslaşdırılmış müəllimləri qəbul edirik.

2. «The Language House» xarici dillər məktəbi tədris prosesi zamanı Kifayət Əhməd qızının metodikasını tətbiq edir. Bu metodika şifahi və yazılı dil, oxuma və xarici dilin qulaq asaraq qavramaq bacarıqları kimi əsas dil biliklərinin inkişafına kömək edir. Yanaşı olaraq qrammatikanın öyrədilməsi aparılır və söz ehtiyatı zənginləşdirilir. Bu metodikanın mahiyyəti ondan ibarətdir ki, məşğələlərdə müəllimlər tələbələrlə rus və azərbaycan dillərində yox, ilk dərslərdən başlayaraq öyrənilən dildə danışır. Tələbələrə artıq məlum olan ifadələri, leksik və qrammatik misalları tətbiq etməklə, müəllim qaydaları və yeni sözlərin mənasını başa salır. Məşğələlər zamanı bu metodikanın istifadəsilə nəinki yaddaşı, həmçinin məntiqi, analitik və bədii təfəkkürü inkişaf etdirən rol oyunları, partnyorla dialoq, səhvlərin axtarışı, qarşılaşdırma və müqayisə kimi üsullar fəal surətdə tətbiq olunur. Bütün bunlar əlverişli dil mühitini yaradır, bu da məşğələlərdə olan tələbələr üçün dil maneəsinin aradan qaldırılmasına köməklik edir.

3. Şagirdlərin çox hissəsi ev tapşırığı olmadan Kifayət Əhməd qızının sürətləndirilmiş metodikası üzrə təhsil alır.
Biz müntəzəm olaraq tədris vəsaitlərimizi yeniləşdiririk. Tələbələr məktəbimizdə ən müasir və tanınmış kitablar üzrə oxuyur. Hal-hazırda "Cutting Edge" (Longman), "English File" (Oxford University Press) və s. kimi vəsaitlər istifadə edilir.
Biz məktəbimizdə tədris prosesi zamanı xarici dilin tədrisi metodikasında daima yeni maraqlı kəşflərdən istifadə etməyə çalışırıq.

4. "The Language House" məktəbində beynəlxalq tədris səviyyələri sistemi tətbiq olunur (Beginner-dən başlayaraq Advanced-ə kimi), böyüklər, yeniyetmə və 5 yaşından yuxarı uşaqlar üçün qruplar mövcuddur. Tələbələrin bilik səviyyəsi bütün kurs boyu ciddi nəzarət altındadır. Tələbələr təhsilini bitirdikdən sonra hər bir səviyyə və yarımsəviyyə proqramı üzrə test sınağından keçir. Səviyyələrdən birinin müvəffəqiyyətlə bitirilməsindən sonra xüsusi sertifikat verilir.

5. Tələbələrimiz üçün nəzərdə tutulmuş əlavə material və vəsaitlərin geniş çeşidi mövcuddur.

  • Sizin istifadənizə müntəzəm şəkildə yeniləşən videoteka və kitabxana təqdim olunur. Evə kitabların və disklərin verilməsi abonement sistemi üzrə aparılır. Müxtəlif dil səviyyəsinə malik tələbələr özlərinə maraqlı şeylər tapacaq.
  • Yeni başlayanlar üçün biz uyğunlaşdırılmış ədəbiyyatı təklif edirik (mətnlər audikassetlərlə müşayiət olunur), həmçinin Kifayət Əhməd qızının metodikası üzrə xarici dilin öyrənməsi üçün disklər təqdim olunur.
  • Bizim videotekamızda tələbələrin diqqətinə xarici dillərdə müxtəlif janrlı filmlərin geniş seçimi təklif olunur. Bu filmləri birgə baxmaq və müzakirə etmək də olar. Bir çox filmlər orijinal subtitrlərlə təqdim olunub.

 

Müəllimlər:

Peşəkarlıq müəllimlik fəaliyyətinin əsas faktorlarından biridir. Müəllim və tərcüməçilərimiz öz peşəkarlığını praktikada nümayiş etdirir.

Müəllimlərimizin peşəkar səviyyəsi, onların pedaqoji bacarıqları beynəlxalq səviyyəli xarici dil müəllimlərinin diplom və sertifikatları, yəni «The Language House» məktəbinin xarici dil müəllimlərinin ixtisasını təsdiqləyən ən məşhur şəhadətnamələri ilə təsdiq edilib.

Müəllimlərin fəaliyyətinə nəzarəti yalnız lazımi pedaqoji ixtisasa deyil, həmçinin xarici ölkələrdə həmin vəzifədə çalışarkən böyük iş təcrübəsinə malik olan müəllimlər və ya tədris şöbəsinin müdiri (Director of Studies) həyata keçirir. Tədris şöbələrinin müdirləri müəllimlərin işinin keyfiyyətinə və peşəkarlığına nəzarət edir, onlar üçün ixtisasın artırılması üzrə treninq və seminarlar təşkil edir, tədris planlarının tərtib edilməsi və təkmilləşdirilməsində iştirak edir, həmçinin tələbələrlə, onların müəllimlər haqqında fikirlərini nəzərə alaraq, söhbət edir və nəticədə müəllimlərə düzgün göstərişlər verirlər.

 

Məşğələlərdə:

  • Başa düşmədiyiniz bir şey haqqında müəllimlərdən soruşmağı çəkinməyin, çünki siz bura bilik əldə etmək üçün gəlirsiniz.
  • Məşğələlərə gəldiyiniz və tədris intizamına riayət etdiyiniz halda müvəffəqiyyət əldə edəcəksiniz. Buna görə də siz gecikməməlisiniz və məşğələlər zamanı iş şəraitini saxlamalısınız (mobil telefonları söndürməlisiniz).
  • Məşğələlərdə valideynləriniz də iştirak edə bilər.
  • Valideynlər üçün müntəzəm olaraq uşağın müvəffəqiyyətlərini əks etdirən «Müvəffəqiyyət haqqında hesabat / Progress report» tərtib olunur. Uşağınızın müvəffəqiyyət və problemlərini bilmək üçün sizdən bu hesabatla müntəzəm olaraq tanış olmağınızı xahiş edirik.
  • İşçilərin müvəffəqiyyət və problemlərini bilmək məqsədilə şirkətlər üçün müntəzəm olaraq işçilərin müvəffəqiyyətlərini əks etdirən «Müvəffəqiyyət haqqında hesabat / Progress report» tərtib olunur.

Ətraflı məlumat